“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır

“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır

Hazırda oxunan: “12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır

213769

Dələduzluqda təqsirləndirilən, özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. 

Bizim.Media pravda.az-a istinadən xəbə verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 2-nə təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

 Özünü "12-ci İmam Mehdi" adlandıran şəxsdən XƏBƏR VAR 


Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

Məlumata görə, Aqil Babayev müsadirə edilmiş əmlakını geri istəyir. Onun yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “SantaFe” markalı minik avtomobilindən gedir. 

Qeyd: “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, özünü zühur etmiş “12-ci imam” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzanı 3 ay azaldıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO