Ucarda minik maşını yandı - ANBAAN VİDEO

Ucarda minik maşını yandı - ANBAAN VİDEO

Hazırda oxunan: Ucarda minik maşını yandı - ANBAAN VİDEO

213763

Ucarda minik maşını yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 77 yaşlı Kamal Salah oğlu Sarıyevin həyətindəki çardağın altında saxladığı "Hyundai Sonata" markalı minik maşını anidən alışıb.

Nəticədə çardağın 10 kvadratmetri və minik maşını tamamı ilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb.İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısa qapanma səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO