Göygöldə avtomobil iki piyadanı xəstəxanalıq etdi

Göygöldə avtomobil iki piyadanı xəstəxanalıq etdi

Hazırda oxunan: Göygöldə avtomobil iki piyadanı xəstəxanalıq etdi

213757

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobil şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən iki qadını vurub. 

Hərəkətdə olan "VAZ" markalı avtomobil 1982-ci il təvəllüdlü M.Əliyevanı və 1961-ci il təvəllüdlü M.Nəcəfovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO