Kəlbəcərin məşhur məbədini  ERMƏNİLƏRƏ AİD EDƏN KİTAB NƏŞR EDİLDİ...(FOTO)

Kəlbəcərin məşhur məbədini ERMƏNİLƏRƏ AİD EDƏN KİTAB NƏŞR EDİLDİ...(FOTO)

Hazırda oxunan: Kəlbəcərin məşhur məbədini ERMƏNİLƏRƏ AİD EDƏN KİTAB NƏŞR EDİLDİ...(FOTO)

213745
Saxtalaşdırmalarla dolu kitabın müəllifləri arasında İtaliya və Belçika vətəndaşları da var...

26-cı ildir işğal altında olan Kəlbəcər rayonundakı məşhur Xudavəng(yaxud Dədəvəng) məbədinin guya ermənilərə adi olması haqda kitab nəşr edilib.xa0

Moderator.az xəbər verir ki, Xankəndində təqdimatı keçirilmiş kitab “Viktoriya” beynəlxalq xeyriyyə fondunun təşəbbüsü iləxa0 erməni, rus və ingilis dillərindəxa0 500 tirajla nəşr edilib. 224 səhifəlik kitabda məbədin erməniləşdirilmiş tarixindən bəhs edlir. Nəşrdə məbədin müxtəlif fotoları və 2014-cü ildən bəri aparılan restavrasiya işlərinin fotoxronikası təqdim edilib.


Kitabdakı mətnlərin müəllifləri tarix elmləri doktoru, professor Karen Matevosyan(Ermənistan),xa0 incəsənətşünas Avet Avetisyan(Ermənistan), memarlıq doktoru, bərpaçı Ara Zaryan (İtaliaya) və freskaların (divar yazılarının) bərpası üzrə mütəxəssis, doktor Kristin Lamuredir (Belçika). Azərbaycanın işğal altındakı məbədinin divarlarındakı rəsm və yazıların erməniləşdirilməyə uyğun bərpa işlərini də məhz bu belçikalı xanım – Kristin Lamure aparıb. O, öz çıxışında bildirib ki, Xudavəng məbədində bərpa olunmuş freskalarxa0 “böyük bəşəri dəyərə malikdir”...


Beləliklə, məlum olur ki, kitabın hazırlanmasında ən azı, iki xarici vətəndaş iştirak edib.


Ermənilər işğal altındakı Azərbaycan tarixi abidəsi haqda faktların saxtalaşdırıldığı kitabın sponsoru olan “Viktoriya” beynəlxalq xeyriyyə fondunu erməni fondu kimi təqdim edir, onun dirrektorunun isə Qayane Gevorkyan olduğunu bildirirlər. Ancaq apardığımız araşdırmadan bəlli olur ki, incəsənət sahəsində ixtisaslaşmış “Viktoriya” adlı beynəlxalq qeyri-kommersiya xeyriyyə fondu əslində 2009-cu ildə Moskvada rusiyalı sahibkar Leonid Mixelson tərəfindən yaradılıb və qızının şərəfinə ona Viktoriya adı verilib. Hazırda isə fondu L.Mixelsonla bərabər italiya vətəndaşı Teraza Meveka idarə edir. Çox güman ki, Qayane Gevorkyanxa0 həmin fondun Ermənistan, yaxud Dağlıq Qarabağ üzrə nümayəndəsidir...xa0



P.S. İndi söz Azərbaycan alimlərinin, tarixçilərinin, memarlıq mütəxəssislərinin, eləcə də Xarici İşlər Nazirliyinindir...xa0

P.P.S. Az qala unutmuşdum: milyonçu və milyarderlərimiz isəxa0 bu sahədə əməllərini, yəni ermənilərə cavaba maliyyə dəstəyini nümayiş etdirməlidir...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO