Sumqayıt sakinlərini ölümlə üz-üzə qoyan yol - VİDEO

Sumqayıt sakinlərini ölümlə üz-üzə qoyan yol - VİDEO

Hazırda oxunan: Sumqayıt sakinlərini ölümlə üz-üzə qoyan yol - VİDEO

213744

Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yaşayan sakinlər avtomobillərin sürətlə hərəkət etməsindən narazıdırlar. Onlar iddia edirlər ki, yaşadıqları ərazidə sürət həddi saatda 60 kilometr müəyyən edilsə də, sürücülər buna əməl etmirlər. Bu da qəzaları qaçılmaz edir.

"Hər gün burada hadisə olur. Yollardan keçmək olmur. Uşaqları maşın vurur, məktəbə gedə bilmirlər. Maşınlar sürətlə gəlir, camaatın balasını qırırlar", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə inspektoru Şövqi İsmayılov bildirib ki, sözügedən ərazidə radar və sürət nişanlarının hamısı mövcuddur:
 

"Üç patrul maşını da daim orada xidmət aparır. Sürət həddini aşan nəqliyyat vasitələrinə qarşı tədbirlər görülür. Daimi radarların quraşdırılması üçün isə təkliflər verilib. Qısa müddətdə məsələ öz həllini tapacaq".


Daha ətraflı Baku TV-nin materialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO