Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxtın gənclər evləri ilə birlikdə 2021-ci il - Nizami ilinə həsr olunmuş layihə həyata keçirib.
Bu barədə Bizim.Media-ya idarənin rəisi Rafiq Abbasov məlumat verib.
O bildirib ki, layihə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən ərsəyə gətirilib. Bu məqsədlə paytaxtda Nizami Gəncəvinin adını daşıyan 6 məkan seçilib. Gənclər evinin fəalları, üzərlərində Nizami Gəncəvinin "Xəmsə" əsərindən olan libasları geyiniblər. Onlar həmin məkan haqqında tarixi və informativ məlumatlar veriblər.
Abbasovun sözlərinə görə, tədbir feysbuk üzərindən canlı yayımlanıb. Çəkilişlər Nizami metro stansiyası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nizami küçəsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Gəncəvinin heykəlinin yanı və Nizami adına Mədəniyyət Mərkəzi kimi məkanlarda olub.
Məlumatlar zamanı həm də müxtəlif viktorina və xüsusi hazırlanmış suallar canlı yayıma qoşulan gənclərə təqdim edilib. Bunların arasında qaliblər də müəyyənləşdirilib.
Baş İdarə rəisi həmçinin vurğulayıb ki, yaxın zamanda, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra fərqlənmiş gənclərin xüsusi təltifolunması da nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 17.05.2021
Nizami ili ilə bağlı yeni LAYİHƏ - VİDEO
Hazırda oxunan: Nizami ili ilə bağlı yeni LAYİHƏ - VİDEO
Hazırda oxunan: Nizami ili ilə bağlı yeni LAYİHƏ - VİDEO
21374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.