Bakıda xanım sürücü qəza törətdi: Xəsarət alan var

Bakıda xanım sürücü qəza törətdi: Xəsarət alan var

Hazırda oxunan: Bakıda xanım sürücü qəza törətdi: Xəsarət alan var

213650

Bakının Nəsimi rayonunda yolların kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza Ağadadaş Qurbanov və Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində baş verib.

Belə ki, xanım sürücü idarə etdiyi "Nissan" markalı avtomobillə yol kəsişməsindən keçərkən "Toyota" , "BYD" və "Mercedes" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində "Toyota" markalı avtomobillə taksi fəaliyyəti göstərən Tofiq Mürsəlov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın günahkarı ekspertlər tərəfindən müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra bilinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO