Mobil telefonlara kiber müdaxilə edilərək hesablardakı pullar oğurlanır.
Son günlərdə bu cür şikayətlərə sosial şəbəkələrdə çox rast gəlinir. Qeyd edilir ki, əvvəlcə mobil telefon sönür və işə salmaq olmur. Təmirdən sonra baxdıqda isə həmin mobil cihazın qeydiyyatında olan hesablardan pullar çəkildiyi ortaya çıxır.
Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu proses sahibinin smartfon telefona quraşdırdığı kənar tətbiqlər vasitəsilə həyata keçirilir.
Mütəxəssis bu cür kiberhücumlardan qorunmaq üçün telefonlara kənar tətbiqlər və fayllar yükləməməyi tövsiyə edir.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində istifadəçilərin 49,37%-i kibertəhlükələrlə üzləşiblər.
Hücumlar da ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 29.09.2024
Bank kartından pullar belə oğurlanır - VİDEO
Hazırda oxunan: Bank kartından pullar belə oğurlanır - VİDEO
Hazırda oxunan: Bank kartından pullar belə oğurlanır - VİDEO
213646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.