Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib

Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib

Hazırda oxunan: Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib

213601

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölüm halı qeydə alınıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, rayonun Mosul kənd sakini 1992-ci il təvəllüdlü Sevinc Ələddin qızı Gülməmmədova ötən gün axşam saatlarında halı pisləşdiyi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.

32 yaşlı S. Gülməmmədova bu gün günorta saatlarında xəstəxanada hələ ki məlum olmayan səbəbdən vəfat edib. S. Gülməmmədovanın ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Əldə olunan məlumata görə, S. Gülməmmədova bir neçə ay öncə sirkə turşusundan kəskin zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO