İşğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydaya uyğun olaraq həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da qeyd edilib.
Qaydaya əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Torpaq Məcəlləsinin 13-cü və 13-1-ci maddələrində nəzərdə tutulan tikililərin inşası məqsədləri üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 28.09.2024
Azad edilmiş ərazilərdə torpaq sahələri ilə bağlı yeni qayda MÜƏYYƏNLƏŞİB
Hazırda oxunan: Azad edilmiş ərazilərdə torpaq sahələri ilə bağlı yeni qayda MÜƏYYƏNLƏŞİB
Hazırda oxunan: Azad edilmiş ərazilərdə torpaq sahələri ilə bağlı yeni qayda MÜƏYYƏNLƏŞİB
213569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.