“Prius"u içkili vəziyyətdə idarə etdi, həbs edildi – FOTO

“Prius"u içkili vəziyyətdə idarə etdi, həbs edildi – FOTO

Hazırda oxunan: “Prius"u içkili vəziyyətdə idarə etdi, həbs edildi – FOTO

213523

Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib. 

Lakin sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub. 

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO