Beyləqanda avtomobil yol kənarına aşıb - 5 yaralı var

Beyləqanda avtomobil yol kənarına aşıb - 5 yaralı var

Hazırda oxunan: Beyləqanda avtomobil yol kənarına aşıb - 5 yaralı var

213481

Beyləqanda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Mustafayeva, Rəvan Məhərrəmov xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib və səhhətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma başlanılıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO