Beyləqanda 27 sentyabr - Anım Günü qeyd olunub - FOTO

Beyləqanda 27 sentyabr - Anım Günü qeyd olunub - FOTO

Hazırda oxunan: Beyləqanda 27 sentyabr - Anım Günü qeyd olunub - FOTO

213468

Yerli ictimaiyyət nümayəndələri, şəhid ailələri üzvləri, müharibə iştirakçıları və rayon sakinləri bir araya gələrək Beyləqanda Şəhidlər xiyabanını ziyarət ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ziyarət zamanı Zəfərin baş qəhrəmanlarının məzarları, o cümlədən naməlum şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə ziyarət olunub.

Abidə önünə gül dəstələri düzülüb.

Anım mərasimində çıxış edənlər Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsindən geniş söhbət açıblar. Həmçinin tariximizə qızıl hərflərlə yazılan qələbə naminə canından keçən qəhrəman oğulların əbədi olaraq ehtirama layiq olduğunu vurğulayıblar.

Sonda "Cərcis Peyğəmbər" ziyarətgahında şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO