Anım Günü Ağdaşda da qeyd olundu – FOTO

Anım Günü Ağdaşda da qeyd olundu – FOTO

Hazırda oxunan: Anım Günü Ağdaşda da qeyd olundu – FOTO

213460

Ağdaşda 27 sentyabr - Anım Günü qeyd olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanında tədbir keçirilib. 
 

Tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri və müharibə veteranları iştirak edib. Tədbir iştirakçıları tərəfindən şəhid məzarlarının və xatirə lövhələrinin qarşısına gül-çiçək dəstələri düzülüb. 


Gün ərzində bina və eyvanlardan, həmçinin idarə, müəssisə və təşkilatların inzibati binalarından Dövlət Bayrağı asılıb, saat 12:00-da rayon mərkəzində avtomobillərin səs siqnalları vasitəsilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO