Nəsimi rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ

Nəsimi rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Nəsimi rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ

213458

Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq. 

Bu barədə Bizim.Media “Azərişıq” ASC-yə istinadən xəbər verir. 

Məlumata görə, paytaxtın Nəsimi rayonunda elektrik şəbəkəsində həyata keçirilən təmir işləri ilə əlaqədar sentyabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq. 
 

Bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək Azadlıq prospekti, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Xan Şuşinski, Möhsün Sənani, Həsən Əliyev, Ceyhun Hacıbəyli, İmran Qasımov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 


Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO