Şəhidlərimiz Göyçayda anıldı – FOTO

Şəhidlərimiz Göyçayda anıldı – FOTO

Hazırda oxunan: Şəhidlərimiz Göyçayda anıldı – FOTO

213454

Göyçayda 27 sentyabr – Anım Günü ehtiramla qeyd edilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və rayon ictimaiyyətinin nümayəndələri Göyçay şəhər Şəhidlər Xiyabanında olub, şəhidlərin məzarlarına gül dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər. 
 

Tədbirdə əvvəlcə dövlət himni səslənib və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.


Çıxış edənlər bildirib ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatdan qurtarmaq, iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün, milli ruhumuzun, milli həmrəylimizin öz sözünü dediyi şərəfli bir tarixdir.

Saat 12:00-da Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda 27 sentyabr – Anım Günü ilə əlaqədar ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri ağacəkmə kompaniyasında iştirak ediblər. 














Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO