BİZİM TƏQVİM: 28 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 28 sentyabrda baş vermiş tarixi hadisələr

213451

Sentyabrın 28-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub, bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirib.

Nəticədə, Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.

Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb. 

Bəs, sentyabrın 28-də dünyada daha nələr olub? 

1. 1538-ci ilin 28 sentyabrında Yunanıstanın şimal-qərbindəki Prevezedə Barbaros Xeyrəddin Paşanın komandanlığı altındakı Osmanlı donanması Andrea Dorianın Xaçlı donanmasını məhv etdi. 

2. 28 sentyabr 1773-cü ildə Rusiyada Yemelyan Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi başlayıb. 

3. 28 sentyabr 1864-cü ildə İngiltərənin paytaxtı Londonda Beynəlxalq İşçilər Dərnəyi - Birinci İnternasional (I İnternational) quruldu. 

4. 1871-ci il 28 sentyabrda Braziliyada qəbul olunan qanuna görə, kölə zəncilərin uşaqları doğulan gündən azad hesab edildi, amma eyni zamanda, onların 21 yaşa qədər öz sahiblərinə xidmət etməsi zəruri sayılırdı. 

5. 28 sentyabr 1928-ci ildə Şotlandiyalı alim və həkim Aleksandr Flemminq penisillini kəşf edib. A.Flemmin bu kəşfinə görə Nobel mükafatına layiq görülüb. 

6. 1944-cü ilin bu günü İkinci Dünya Müharibəsinin gedişində Belqrad əməliyyatı başlandı: Üçüncü Ukrayna cəbhəsinin qoşunları almanların müdafiəsini yararaq Yuqoslaviyanın Xalq Azadlıq Ordusu ilə birlikdə Belqrad və SSRİ-nin şərq hissəsini azad ediblər.  

7. 2009-ci ildə Türkiyənin o zamankı baş naziri R.T.Ərdoğanın Davos zirvə toplantısında "Öldürməyə gəlincə, siz öldürməyi yaxşı bilirsiniz. Çimərliklərdəki uşaqları necə öldürmüsünüz, necə vurmusunuz, çox yaxşı bilirəm" sözləri ilə tənqid etdiyi İsrail prezidenti Şimon Peres 2016-cı ilin 28 sentyabrında ölüb.   Qeyd edək ki, Davosdakı hadisə dünya tarixinə "One minute" adı ilə düşdü. 

8. 2013-cü ilin bu günündə Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarının açılışı olub. 

28 sentyabrda həm də bu şəxslər xatırlanır: 

1. Qafqaz Albaniyasının hökmdarı, görkəmli sərkərdə Cavanşir 616-cı ilin bu günü anadan olub.  Azərbaycan xalqının bu qəhrəman oğlu uzun illər ərzində Girdman dövlətini xarici işğalçıların müdaxiləsindən qoruyub. Cavanşir ömrünün sonlarına yaxın Ərəbistana gedərək İslam dinini qəbul edib (616-681). 

2. Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı Prosper Merime  1803-cü ilin 28 sentyabrında dünyaya gəlib (1803-1870).  

3. Qazaxıstanın görkəmli yazıçısı Muxtar Auezov 1897-ci ilin  bu günü dünyaya gəlib (1897-1961). 

4. Ərəb millətçiliyi ilə tanınan, Suriya ilə Birləşmiş Ərəb Dövlətini quran, 14 il Misirin dövlət başçısı olmuş Camal Əbdül Nasir 1970-ci ilin 28 sentyabrında ürək infarktından vəfat edib (1918-1970). 

5. İtaliyanın dünyaşöhrətli kinoaktyoru Marçello Mastroyani 1923-cü ilin bu günü anadan olub. Əvvəllər əsasən kinokomediyalarda çəkilən aktyor sonralar tanınmış rejissorlar Fellini və Antonioninin filmlərində yaddaqalan obrazlar yaradıb və məşhurlaşıb. (1923-2002) 

6. 28 sentyabr 1953-cü ildə Xalq artisti Əjdər Həmidov (1953-24.11.2020) anadan olub. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, bir sıra məşhur filmlərdə çəkilib. 

7. 28 sentyabr 1978-ci ildə görkəmli yazıçı, ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Mir Cəlal Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. 

8. 28 sentyabr 1985-ci ildə Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavan (1916-1985) vəfat edib. Cənubi Azərbaycanın Qaradağ mahalında doğulub, 1946-cı ildən Goranboy rayonunda yaşayıb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO