Ucarda şəhidlərimizin xatirəsi yad edildi – FOTO

Ucarda şəhidlərimizin xatirəsi yad edildi – FOTO

Hazırda oxunan: Ucarda şəhidlərimizin xatirəsi yad edildi – FOTO

213450

Ucarda da 27 sentyabr - Anım Günü böyük ehtiramla qeyd olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq rayon sakinləri Şəhidlər xiyabanını ziyarət edib. 
 

Torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib. Tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 


Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi böyek ehtiramla yad edilib.

Eyni zamanda, rayonda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 












Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO