Mənzilimizdə gizlənən “ölüm mələyi” – Onu necə “görmək” olar?

Mənzilimizdə gizlənən “ölüm mələyi” – Onu necə “görmək” olar?

Hazırda oxunan: Mənzilimizdə gizlənən “ölüm mələyi” – Onu necə “görmək” olar?

213437

Son zamanlar insanların bir çoxu baş ağrısından, halsızlıqdan şikayət edir. Bunu bəzən maqnit qasırğası ilə əlaqələndirənlər də olur. Bu cür simptomlardan əziyyət çəkənlər isə çox zaman evə qapanırlar. 

Amma həmin adamlar unudurlar ki, problemin kökü bəlkə də elə sığındıqları mənzildədir. Davamlı baş ağrıları və halsızlıq da məhz bundan qaynaqlanır.

Radiasiya təhlükəsi 
 

MÖVZU İLƏ BAĞLI:

Günəşdə 9 güclü partlayış baş verib


Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim Aydın Əliyev bildirib ki, mənzil alanda bir məsələyə xüsusi diqqət etmək lazımdır:

“Əgər yaşadığınız mənzildə özünüzü yaxşı hiss etmirsizsə, ya da qonşuluğunuzda yaşayan şəxslər arasında bədxassəli şiş və digər xəstəliklərlə xəstələnmə halları çoxdursa, mütləq şəkildə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə müraciət edin. Ya da şüalanmanı ölçmək üçün dozimetr alıb yaşadığınız və ya almaq istədiyiniz mənzildə radiasiyanın miqdarını ölçün.  

Çünki tikinti materiallarının tərkibində şüalanması yol verilən həddən çox olan radioaktiv maddələr ola bilir.

Bu isə zaman-zaman stoxastik effektlə xərçəngdən tutmuş, qan, qalxanvari vəzisinin və digər orqan və sistemlərin çox müxtəlif ağır xəstəliklərinin yaranmasına səbəb ola bilir. İonlaşdırıcı şüalar gözlə görünmür, eşidilmir, iyi yoxdur, dadı yoxdur, yəni hiss edilmir. Ancaq bu, təsir edə bilir. Ona görə də deyilənləri nəzərdən qaçırmayın, mənzilinizə baxış keçirtdirin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO