ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib – FOTO

ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Hazırda oxunan: ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib – FOTO

213408

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. 

O, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 
 

"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır.


Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik", - deyə paylaşımda qeyd edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO