Bu dayanacaqlardan daha QURAŞDIRILMAYACAQ – RƏSMİ

Bu dayanacaqlardan daha QURAŞDIRILMAYACAQ – RƏSMİ

Hazırda oxunan: Bu dayanacaqlardan daha QURAŞDIRILMAYACAQ – RƏSMİ

213406

Məlum olduğu kimi, Bakıda müxtəlif ərazilərdə smart dayanacaqlar quraşdırılıb. Belə ki, bu dayanacaqlarda sərinləndirmə sistemi, kameralar, həmçinin, kofe, çay və qida məhsullarının da satışı da mövcuddur. Ancaq bu dayanacaqlardan hər yerdə yoxdur.

Bəs artırılması gözlənilir?

Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. 

Agentlikdən Bizim.Media-ya verilən cavabda qeyd olunub ki, bu dayanacaqlardan bir də quraşdırılmayacaq. Əlavə edilib ki, bunun əvəzinə, dayanacaq pavilyonları quraşdırılır.

“Vətəndaşlara və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə  ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Bu çərçivədə AYNA tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir” - deyə mulumatda bildirilib. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO