Səttar Möhbalıyevin xanımı İŞDƏN ÇIXARILDI

Səttar Möhbalıyevin xanımı İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Səttar Möhbalıyevin xanımı İŞDƏN ÇIXARILDI

213388

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib. 

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. 

Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb.  

Qeyd edək ki, bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə İqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO