Paytaxtın ən hərəkətli yollarından biri olan Moskva prospektində növbəti dəfə nəqliyyat xaosu yaşanıb.
Bizim.Media xəbər verir ki, metronun "20 Yanvar" stansiyası ətrafında, xüsusən də Sumqayıta gedən istiqamətdə, sürücülər avtobus və minik avtomobillərini ikinci zolaqda saxlayaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradırlar.
Bununla bağlı sosial şəbəkədə videomüraciət paylaşılıb.
Qeyd olunub ki, ərazidə bu xaosun yaranmasına səbəb yolda avtobus zolağının çəkilməsindən sonra daha dözülməz olub. Cərimələnməmək üçün avtobus zolağına girə bilməyən sürücülər nəqliyyat vasitələrini ikinci zolaqda saxlayırlar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli oxu.az-a açıqlamasında bildirib ki, qeyd olunan ərazi nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu ərazilərdəndir.
"Təəssüf olsun ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusən də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən həmin ərazidə dayanma-durma qaydaları pozulur ki, bu da ümumilikdə, yolda digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə çətinlik yaratmaqla yanaşı yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. BŞDYPİ tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Bir daha sürücülərdən xahiş edirik ki, dayanma-durma qaydalarına ciddi şəkildə riayət etsinlər, ərazidə sıxlığın yaranmasına şərait yaratmasınlar. Əks halda barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək", - deyə T.Nəsirli vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:49 / 26.09.2024
“20 Yanvar" metrosu ətrafında nəqliyyat xaosu: Sürücülər qaydalara MƏHƏL QOYMURLAR - VİDEO
Hazırda oxunan: “20 Yanvar" metrosu ətrafında nəqliyyat xaosu: Sürücülər qaydalara MƏHƏL QOYMURLAR - VİDEO
Hazırda oxunan: “20 Yanvar" metrosu ətrafında nəqliyyat xaosu: Sürücülər qaydalara MƏHƏL QOYMURLAR - VİDEO
213329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.