Dumanlı hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Hazırda oxunan: Dumanlı hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

213304

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

 

Bunu Sfera.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, küləksiz havada yer səthi effektiv əks  şüalanma nəticəsində soyuyur və buna görə də, yerüstü hava qatında duman əmələ gəlib.

 

"Naxçıvan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax,  Qrız, Lerik, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Neft Daşlarında da duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb."

 

G.Məmmədova qeyd edib ki, dumanlı hava şəraitinin martın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO