Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Fikrət Balabəyovun məhkəməsi başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.
Zərəçəkmiş şəxs qismində Fikrət Balabəyovun həyat yoldaşı Arzu Balabəyova tanıdılıb.
Proses məhkəmə baxışına verilib və iclas 10 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Fikrət Balabəyov paytaxtın Suraxanı rayonunda ailə məişət zəminində həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arzu Balabəyovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
A.Balabəyova Bakıda özəl klinikaların birində həkim işləyir.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:34 / 26.09.2024
Suraxanıda həyat yoldaşını bıçaqlayan ər MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Suraxanıda həyat yoldaşını bıçaqlayan ər MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Suraxanıda həyat yoldaşını bıçaqlayan ər MƏHKƏMƏ QARŞISINDA
213287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.