Güclü selin Zaqatalada törətdiyi FƏSADLAR – FOTO

Güclü selin Zaqatalada törətdiyi FƏSADLAR – FOTO

Hazırda oxunan: Güclü selin Zaqatalada törətdiyi FƏSADLAR – FOTO

213284

Qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsinin əksər rayonlarında müşahidə edilsə də, daha çox Zaqatalada güclü leysan yağışları özünü göstərib. Ərazidən keçən Böyük çay, Tala çay və Katex çayda suyun səviyyəsi xeyli artıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sel-sular daha çox rayonun Yuxarı Çardaqlar və Muxax kəndlərinin daxilindən keçən arx və bəndlərdə, yollarda fəsadlar əmələ gətirib.


Yuxarı Çardaqlar kənd sakini Elman Əliyev bildirir ki, leysan nəticəsində onun 20 başa yaxın toyuq-cücəsi məhv olub. Eyni zamanda 3 ton arpasını sel suları məhv edib.

Muxax kənd sakini, şəhid Natiq Mahmudovun bacısı Türkan Mahmudova bildirir ki, yaşadıqları küçə qardaşının adını daşıyır. Şəhid bacısının sözlərinə görə hər yaz və payız ayları gələndə onların küçəsini sel-sular bərbad vəziyyətə salır. Küçənin abadlaşdırılması, sel-suların axması üçün əlavə suötürücülərin qoyulması üçün dəfələrlə yerli bələdiyyə və icra orqanlarına müraciət etdiklərini bildirən Türkan Mahmudova hələ ki, onların müraciətinə baxılmadığını diqqətə çatdırır. Şəhid bacısı bir daha müvafiq təşkilatlardan məsələyə münasibət bildirilməsini xahiş edir.


Muxax kənd icra nümayəndəsi Abdukərim Şabanov baş verən təbiət hadisəsi ilə bağlı bildirib ki, kəndin müxtəlif ərazilərində sel fəlakəti yaşanır. Bütün ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, 10-a yaxın evin zirzəmisinə su dolub. Eyni zamanda, 6-7 hektar fındıq bağları su altında qalıb.


İcra nümayəndəsi yağıntıların fasilələrlə davam etdiyini və kəsilən kimi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanacağını qeyd edib. O da bildirilib ki, kəndlərin elektrik enerjisi ilə təmin olunması istiqamətində davamlı iş aparılır.











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO