Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Vaqif Sərdar oğlu Alıyevin qalıqları bu gün Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində Gəncə İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyevin 1966-сı ildə Gədəbəy rayonun Qoşabulaq kəndində anadan olub. 1993-cü il də Ağdam rayonun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
31 il sonra onun qalıqları tapılıb və kimliyi müəyyən olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu