Bakının Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edilib.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.
Araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil, sığorta pulu, əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinauət işi başlanılıb.
Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 26.09.2024
Bakıda müharibə iştirakçılarına qarşı 60 minlik dələduzluq: Tutulan var - VİDEO
Hazırda oxunan: Bakıda müharibə iştirakçılarına qarşı 60 minlik dələduzluq: Tutulan var - VİDEO
Hazırda oxunan: Bakıda müharibə iştirakçılarına qarşı 60 minlik dələduzluq: Tutulan var - VİDEO
213265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.