ANAMA-nın təlim rəhbəri: “Agentliyimiz xarici təşkilatlara da təlim keçir” – ÖZƏL

ANAMA-nın təlim rəhbəri: “Agentliyimiz xarici təşkilatlara da təlim keçir” – ÖZƏL

Hazırda oxunan: ANAMA-nın təlim rəhbəri: “Agentliyimiz xarici təşkilatlara da təlim keçir” – ÖZƏL

213263

“ANAMA bütün ADEX sərgilərinə qatılıb. Biz öz stendimizlə öz xidmətlərimizi təklif edirik. Tədbir ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. ANAMA mina təmizləmə sahəsində öz xidmətlərini nümayiş etdirir, öz xidmətlərini təklif edir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ANAMA-nın təlim rəhbəri Musa Məmmədov deyib.

O bildirib ki, ADEX sərgisində öz stendi ilə təmsil olunan ANAMA, minatəmizləmə sahəsində bir çox ölkələrlə əməkdaşlıq edir:

“Ölkəmizin əhalisinə, gələn ziyarətçilərə mina təhlükəsi ilə bağlı xatırlatma edirik. Burada gördüyünüz mina sursatlarının əksəriyyəti təmizləmə dövründə aşkarlanmış real mina sursatlarının nümunələridir. Hansılar ki, partlayıcı maddələrdən azad olunub.

Bizim agentlik minaaxtarma sahəsində ən yeni, ən qabaqcıl texnologiyaları araşdırır.

Ərazimizə, relyefimizə uyğun olanların burada sınaqları keçirilir. Müharibədən sonra mina təmizləmə işlərinin koordinasiyası ANAMA-dadır. Bir çox nazirliklərə də, mina təmizləmə ilə bağlı ANAMA təlimlər keçir. ANAMA yalnız Azərbaycan daxilində təlim vermir. Həmçinin xarici təşkilatlara, xarici ölkələrin əməkdaşlarına da təlim keçir”, - deyə M.Məmmədov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO