İlk köç karvanı Cəbrayıl şəhərinə ÇATDI - FOTO

İlk köç karvanı Cəbrayıl şəhərinə ÇATDI - FOTO

Hazırda oxunan: İlk köç karvanı Cəbrayıl şəhərinə ÇATDI - FOTO

213245

31 ildən sonra Cəbrayıl şəhəri öz doğma sakinlərinə qucaq açıb. Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Bizim.Media xəbər verir ki, Cəbrayıl şəhəri ilk köç prosesində 36 ailə olmaqla, 117 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO