Mehriban Ələkbərzadə: "Qarabağ bizim onurğa sütunumuzdur" – VİDEO

Mehriban Ələkbərzadə: "Qarabağ bizim onurğa sütunumuzdur" – VİDEO

Hazırda oxunan: Mehriban Ələkbərzadə: "Qarabağ bizim onurğa sütunumuzdur" – VİDEO

213234

"Qarabağ bizim onurğa sütunumuzdur. Bu gün biz bu ərazilərin torpaqdan yurda çevrilməsinin şahidiyik. Qayıdış sevgi ilə həyata keçirilir. Bu, sadəcə nə vaxtsa yaşadığın torpaqlara qayıdış deyil, bu, yurduna qayıdışıdır, doğma yurdunda ocaq yandırmaq həsrəti idi. Biz orada əbədi olacağıq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, teatr və kino rejissoru Mehriban Ələkbərzadə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda deyib.

Onun fikrincə, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı yenidən doğulmağa bərabərdir.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Hazırlanmış materiallarda keçmiş məcburi köçkünlərin böyük sevinc və qürur hissi ilə, könüllü şəkildə doğma yurdlarına qayıdışı fikirləri təşviq olunur.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO