Rusiya ötən gecə Ukraynanın 7 PUA-sını vurub - DETALLAR

Rusiya ötən gecə Ukraynanın 7 PUA-sını vurub - DETALLAR

Hazırda oxunan: Rusiya ötən gecə Ukraynanın 7 PUA-sını vurub - DETALLAR

213214

Ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya Federasiyasının üç vilayəti üzərində 7 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyevin Rusiya Federasiyası ərazisindəki obyektlərdə təyyarə tipli PUA-lardan istifadə etməklə zərbə endirmək cəhdinin qarşısı alındı, növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın yeddi pilotsuz uçuş aparatını məhv etdi (4 PUA Belqorod, 1 PUA Kursk, 2 PUA Bryansk vilayəti ərazisində)”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə Rusiya Federasiyasının sərhəd rayonlarını, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur və hücuma keçir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO