“Azərkosmos” “Göktürk-1” peykindən əldə edilmiş təsvir və həllərdən istifadə edəcək

“Azərkosmos” “Göktürk-1” peykindən əldə edilmiş təsvir və həllərdən istifadə edəcək

Hazırda oxunan: “Azərkosmos” “Göktürk-1” peykindən əldə edilmiş təsvir və həllərdən istifadə edəcək

213187

Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) çərçivəsində Azərkosmos ilə Türkiyənin “Impro” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un kommersiya portfelini genişləndirmək məqsədilə “Impro” şirkətinə məxsus “Göktürk-1” peyki vasitəsilə əldə edilmiş təsvir və həllərdən istifadə nəzərdə tutulur.

“Göktürk-1” yüksək ayırdetmə qabiliyyətinə malik Yerin məsafədən müşahidə peykidir. Coğrafi məhdudiyyət olmadan Yerin istənilən nöqtəsindən görüntü əldə etməyə imkan verir.
 

Peykin təsvirlərindən xəritəçəkmə və planlaşdırma, kənd təsərrüfatı, torpaq örtüyünün tədqiqi, geologiya, ətraf mühitin monitorinqi, fövqəladə halların idarə edilməsi, sahil zonasının idarə edilməsi və su ehtiyatları üzrə müxtəlif proqramların həyata keçirilməsində istifadə olunur.


“Impro” şirkəti ilə əməkdaşlıq “Azərkosmos”un müştərilərə təqdim etdiyi coğrafi informasiya üzrə həll və xidmətlərin sayının artırılması üçün yeni imkanlar açacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO