Naxçıvanda bir nazirliyin 5 yüksək vəzifəli məmuru işdən AZAD EDİLDİ

Naxçıvanda bir nazirliyin 5 yüksək vəzifəli məmuru işdən AZAD EDİLDİ

Hazırda oxunan: Naxçıvanda bir nazirliyin 5 yüksək vəzifəli məmuru işdən AZAD EDİLDİ

213125

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bir sıra əməkdaşları işdən azad olunub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalayıb. 

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən 5 məmur işdən azad edilib:

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Şərur rayon sektorunun müdiri Məmmədov Məmməd Kərəm oğlu;

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsi, şöbə müdiri Məmmədov Üzeyir Səyyad oğlu; 

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, aparıcı mütəxəssis Zeynalov Təbriz Eyvaz oğlu;

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası, sədr Əhmədova Şəhla Hüseyn qızı;

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Novruzov Rafiq Novruz oğlu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO