Polis evdən oğurluq edən şəxsi TUTDU - FOTO/VİDEO

Polis evdən oğurluq edən şəxsi TUTDU - FOTO/VİDEO

Hazırda oxunan: Polis evdən oğurluq edən şəxsi TUTDU - FOTO/VİDEO

213120

Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, rayon ərazisində yerləşən və xüsusi texniki vasitələrlə qorunan mənzildən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Baxış zamanı evin içərisində olan naməlum şəxs hadisə yerindən qaçmağa çalışıb. Onun bu cəhdinin qarşısı mühafizə polislərinin çevik reaksiyası nəticəsində alınıb. Həmin şəxs əvvəllər məhkum edilmiş Zamin Məmmədov saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Saxlanılan şəxsin üzərindən 2 ədəd kəsici alət də aşkarlanaraq maddi sübut kimi götürülüb.

Z.Məmmədovun analoji cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO