"Prius"un sürücüsü əvvəl mənə söz atdı, sonra döydü" - Zərərçəkən qadın

"Prius"un sürücüsü əvvəl mənə söz atdı, sonra döydü" - Zərərçəkən qadın

Hazırda oxunan: "Prius"un sürücüsü əvvəl mənə söz atdı, sonra döydü" - Zərərçəkən qadın

213081

Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəfər Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cəfər Cəfərova 2000 manat məbləğində cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 2024-cü il aprelin 4-də, saat 14 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Cəfər Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən həmin yolla piyada hərəkətdə olan zərərçəkmiş Günay Ramazanovaya (şərti) maşın yolundan kənara çəkilməsi ilə bağlı irad bildirib. 

Bu zaman onlar mübahisə ediblər. Nəticədə Cəfər qadının sol təpə nahiyəsinə iki dəfə, üst dodağına isə bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib.

Hadisədən sonra Cəfər Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında o, irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, maşını ilə hərəkətdə olan zaman iki nəfər qadının əks istiqamətdə yolun avtomobillərə aid olan hissəsi ilə hərəkət etməsini görüb. Bu zaman o, avtomobilin pəncərəsindən həmin şəxslərə yoldan kənara çıxmalarını bildirib. 

Onun bu sözündən sonra ortayaşlı qadın yolun sağ tərəfinə keçib, digər şəxs isə avtomobilin sol tərəfində dayanıb. Həmin vaxt o, idarə etdiyi avtomobili dayandırmaq istəyib, lakin maşında olan nasazlıq səbəbindən dayandıra bilməyib. 

Bu zaman avtomobilin sol tərəfindən dayanan qadın əlindəki dondurmanı pəncərədən onun sifət nahiyəsinə tərəf tullayıb, dondurma onun gözünə dəyib. 

Cəfər qeyd edib ki, avtomobili saxlayıb və aşağı düşmək istəyəndə sifətinə dondurma tullayan qadın şillə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurub və ona - "sən kimsən mənə söz atırsan", - deyib. O, əsəbiləşdiyi üçün həmin qadının sinəsindən itələyərək yerə yıxıb.

Məhkəmə iclasında zərərçəkmiş Günay Ramazanova ifadəsində söyləyib ki, Cəfər maşını ilə gedərkən "nazlana-nazlana yerimə" ifadəsini işlədib. Sürücü ona söz atdığına görə əlində olan dondurmanı onun sifət nahiyəsinə tərəf tullayıb.

Bundan sonra həmin şəxs avtomobildən aşağı düşərək onun üstünə gəlib, qəfildən yumruqla onun sinə nahiyəsinə vurub. Bundan sonra onların arasında dava başlayıb. 

Bu zaman onun anası onları ayırmaq istəyərkən Cəfər onun yaxasından yapışaraq bir neçə dəfə zərərçəkmişin sifət nahiyəsindən vurub. Bundan əlavə həmin şəxs uca səslə dəfələrlə onu küçə söyüşləri ilə təhqir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO