Gəncədə "Prius" QƏZASI- Avtomobillər yararsız hala düşdü

Gəncədə "Prius" QƏZASI- Avtomobillər yararsız hala düşdü

Hazırda oxunan: Gəncədə "Prius" QƏZASI- Avtomobillər yararsız hala düşdü

213044

Gəncədə avtomobilillərdən birinin düzgün manevr etməməsi yol-nəqliyyat hadisəsi ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Nizami prospektində, RAMADA PLAZA-nın yaxınlığında baş verib. 

Hərəkətdə olan Ford markalı orta tonnajlı yük avtomobili ilə "Toyota Prius" markalı maşının toqquşması nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO