Uzun illərdən sonra Şəkidə yollar təmir edilir - FOTO

Uzun illərdən sonra Şəkidə yollar təmir edilir - FOTO

Hazırda oxunan: Uzun illərdən sonra Şəkidə yollar təmir edilir - FOTO

213039

Şəki şəhərinin Heydər Əliyev, M.Ə.Rəsulzadə, İstiqlaliyyat, Azərbaycan, M.F.Axundzadə prospektlərində, N.Nərimanov və digər 6 böyük küçəsində əsaslı təmir işləri həyata keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar daxili yollar bərbad vəziyyətə düşmüşdü. Ötən aydan başlayaraq şəhərdə təmir-bərpa işləri həyata keçirilir. Hazırda  şəhərin Aydın Məmmədov küçəsində yolun asfalt örtüyü və səkilər yenilənir, küçənin xətlənməsi işləri aparılacaq.

Heydər Əliyev prospektində asfaltlanma işləri aparılıb, yaxın günlərdə yekun üz qatı salınacaq. Rasim Ocaqov küçəsində də asfalt örtüyünün təmiri işləri aparılır, səkilərin bərpası başa çatmaq üzrədir, bu küçədə də asfalt örtüyünün yekun üz qatının salınması nəzərdə tutulur.

Eyni zamanda, Sabit Rəhman küçəsində də yolun qalan hissəsinin təmiri işləri aparılır. Şəhərin M.F.Axundzadə prospektinin aşağı hissəsində köhnə asfalt qatının götürülməsi işlərinə başlanılıb, səkilərin bir hissəsi bərpa edilib. M.Ə.Rəsulzadə prospektində Olimpiya dairəsindən yuxarıya doğru yolun təmiri işlərinə başlanılıb.

Həyata keçirilən işlərin bir hissəsinin ilin sonunadək, qalan işlərin isə gələn il yekunlaşması nəzərdə tutulur. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO