Lənkəranda 3 maşın toqquşub, 5 nəfər yaralanıb

Lənkəranda 3 maşın toqquşub, 5 nəfər yaralanıb

Hazırda oxunan: Lənkəranda 3 maşın toqquşub, 5 nəfər yaralanıb

21302

Lənkəranda 3 avtomobil toqquşub.

Bizim.Media-nın məlumatına görə, yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə azı 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Qazax yolunda ağır qəzanın görüntüləri yayıldı - VİDEO


Onlardan birinin vəziyyəti ağırdır.Hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan sərnişinləri xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO