Maştağada həmkəndlisini öldürən şəxs: “Niyyətim bıçaqlamaq deyildi” – FOTO

Maştağada həmkəndlisini öldürən şəxs: “Niyyətim bıçaqlamaq deyildi” – FOTO

Hazırda oxunan: Maştağada həmkəndlisini öldürən şəxs: “Niyyətim bıçaqlamaq deyildi” – FOTO

212975

Həmkəndlisini öldürməkdə təqsirli bilinən Rəşid Babayevin məhkəmə prosesinin növbəti mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Sanir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ifadə verməsi təklif edilib.

O, özünü qismən təqsirli bildiyini deyib. 

"Mən evimdə tək yaşayırdım. Əvvəllərdə Romanı tanıyırdım. Çox da yaxın olmayan məsafədə qalırdıq. Həmin günün axşamı bizim həyətə gəldi. Mən qapını açan kimi üzərimə atıldı. Qorxdum, məni öldürmək istədiyini düşündüm. O, içkili idi. Bunu qoxudan hiss edə bildim. Cəld evimə keçdim. Özümü xilas etmək üçün nəsə axtarmağa başladım. Niyyətim bıçaqlamaq deyildi. O zaman bıçağı vurdum. Lakin Roman nə yıxıldı, nə də bıçaqlanmış kimi davrandı. Daha sonra özü çıxdı getdi. Mən də onu çıxarıb qapını bağladım. Öyrəndim ki, iki gün sonra xəstəxanada ölüb", - R. Babayev bildirib.

Daha sonra şahid qismində Hümbət Baratov ifadə verib. O, bildirib ki hadisə onun olduğu ərazidə baş verməyib:

"Mən parkda mühafizəçi işləyirəm və hər iki şəxsi də oradan tanıyıram. Rəşidi iki ilə yaxındır velosiped ustası kimi tanıyırdım. Roman da küçədə yatan bir adam olub. Hər zaman parkda içkili vəziyyətdə olardı. Onu parkdan çıxarmaq istəyəndə adını eşitmişəm”.

İclas 8 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin mayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib. 

Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.


Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO