Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Məhyəddin oğlu Kərimovun məhkəməsi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil təqsirləndirilən şəxsin qandallarının açılmasını tələb edib.
Hakim vəkilin tələbini təmin edib.
Daha sonra dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib. O bildirib ki, ittiham aktına əsasən Elşən Kərimovun bir qrup şəxslə əlbir olub hakimiyyətin ələ keçirilməsi ilə bağlı paylaşımlar edib. Elşən Kərimov “Whatsapp”da yaratdığı qrupda bununla bağlı çağırışlar edib.
Məhkəmənin davamında hakim Elşən Kərimovdan özünü elan edilmiş ittiham üzrə təqsirli bilib-bilmədiyini soruşub.
Elşən Kərimov özünü qismən təqsirli bilib. Onun sərbəst ifadə verməsi üçün proses təxirə salınıb.
Məhkəmənin növbəti prosesi oktyabrın 15-ə təyin edilib.
Qeyd edək ki, Elşən Kərimov bu il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 24.09.2024
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edən Elşən Kərimov HAKİM QARŞISINDA - FOTO
Hazırda oxunan: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edən Elşən Kərimov HAKİM QARŞISINDA - FOTO
Hazırda oxunan: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edən Elşən Kərimov HAKİM QARŞISINDA - FOTO
212960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.