2023-cü ildə 2146 nəfər sinir sistemi xəstəliklərindən həyatını itirib. Son 3 ildə sinir sistemi xəstəliklərindən ölənlərin sayı kəskin artıb.
Həkimlər həyəcan təbili çalır
Nevroloq Ülviyyə Səlimova Bizim.Media-ya bildirib ki, sinir sistemi xəstəliklərinin nəticəsi faciəvi ola bilər:
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
“Son dövrlərdə ürək-damar xəstəlikləri ilə yanaşı, sinir-damar xəstəlikləri də xeyli dərəcədə artıb və ürək xəstəliklərindən sonra ikinci yerdədir. Belə ki, bu xəstəliklər arasında ən çox həyat üçün təhlükə yaradan damar xəstəlikləridir ki, bu da insultlarla nəticələnir. Bu insultlar pasiyentləri əlilliyə aparan insultlar sırasındadır”.
Sinir sistemi xəstəlikləri niyə artıb?
Ülviyyə Səlimova bunu insanların həyat tərzi ilə əlaqələndirir.
“Son dövrlərdə insanların həyat tərzi çox dəyişib. Tamamilə oturaq həyat tərzinə keçilib. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq kompyuterlərdən istifadə də çoxalıb. Həmçinin yanlış qidalanma, fast-food yeməklərin hədsiz istifadəsi piylənməyə, metobolizmanın pozulmasına gətirib çıxarır, şəkərli diabetin riski artır. Nəticədə ürək-damar və sinir-damar xəstəliklərinin sayı artır. Sinir-damar xəstəliklərinin artması qəfil ölüm hallarının da artmasına səbəb olur”.
Nuray, Bizim.Media