İçərişəhərdəki restoran sahibləri aylıq kirayə haqqından azad olundu - FOTOLAR

İçərişəhərdəki restoran sahibləri aylıq kirayə haqqından azad olundu - FOTOLAR

Hazırda oxunan: İçərişəhərdəki restoran sahibləri aylıq kirayə haqqından azad olundu - FOTOLAR

21292

Bir ildən çoxdur davam edən koronavirus pandemiyası, Azərbaycanda da daxil olmaqla dünyanın əksər sənaye sahələrinə dağıdıcı təsir göstərdi.

Digər tərəfdən turizm sektorunun zəifləməsi, sərt karantin dövründə iş yerlərinin bağlanması və əhalinin gəlirlərində azalma xidmət sektoruna təsir etdi.

Bizim.Media "Haqqın.az"-a istinadən xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi pandemiyadan təsirlənən sənaye və müəssisələrə yardım göstərmək, habelə sahibkarlığın inkişafına dəstək məqsədilə bir sıra işlər həyata keçirib. 
 

Belə ki, İçərişəhər ərazisində fəaliyyət göstərən, dövlətə məxsus əmlakdan, yəni Ehtiyat Departamentinin balansından istifadə edən kirayəşin restoran sahibləri pandemiyanın pik nöqtəsində - keçən ilin martından bu ilin fevralına qədər aylıq kirayə ödənişlərindən tamamilə azad edildi.


Beləliklə ticarət mərkəzləri daxil olmaqla 35 ictimai iaşə müəssisəsi, 50 qida və qeyri-ərzaq mağazası, müxtəlif fəaliyyət və xidmətlər sahələrindəki 12 müəssisə aylıq ödənişlərdən azad edildi. Bundan əlavə, bu ilin fevral ayında bu sahə 50%endirimlə təmin edilib.

Restoran sahibləri bu dəstəyi böyük qiymətləndirir və tezliklə çətin günlərin geridə qalacağını, vəziyyətin getdikcə yaxşılaşacağını qeyd edirlər.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO