Maska biznesi ilə məşğul olub, 130 minlik dələduzluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Maska biznesi ilə məşğul olub, 130 minlik dələduzluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Maska biznesi ilə məşğul olub, 130 minlik dələduzluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

212898

Külli miqdarda dələduzluqla ittiham olunan Sərraf Əliheydər oğlu Əliyevin məhkəməsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid Razim Fərəcov ifadə verib.

Şahid ifadəsində bildirib ki, bu hadisələr baş verən zaman malların daşınması prosesində iştirak edib: 

"Mən anbardan məhsulların daşınması prosesini həyata keçirirdim. Müdirim Arif Məmmədovun əmri ilə çalışırdım. Biz Sərraf Əliyevin anbarına maska daşınmasını həyata keçirirdik. Malları daşıyandan sonra müdirim öyrəndi ki, Sərraf maskaları bazar dəyərindən ucuz qiymətə satır və bizə ziyan vurur. Mən malın dəqiq dəyərini bilmirəm. Amma mənə deyildi ki, “get maskaları geri gətir”. Mən də onun anbarına apardığım malları öz anbarımıza geri daşıdım. Hamısı sənədlərdə qeyd olunmuşdu deyə, qiymətləri dəqiq xatırlamıram". 

Məhkəmə prosesində zərərçəkmişlərin şahidləri iştirak etməyib. Onların iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən vaxt verilib.

Bu səbəbə görə iclas 15 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Sərraf Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq- külli miqdarda törədildikdə) ilə təqsirləndirilib. Onu zərərçəkmişlərə vurduğu ümumi ziyanın dəyərinin 130 min manata yaxın olduğu iddia olunub. Təqdirləndirilən şəxs ziyanı ödəməkdən imtina edib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO