TIR-larla yolu bağlayan şirkət rəhbəri HƏBS EDİLDİ – Atası isə...

TIR-larla yolu bağlayan şirkət rəhbəri HƏBS EDİLDİ – Atası isə...

Hazırda oxunan: TIR-larla yolu bağlayan şirkət rəhbəri HƏBS EDİLDİ – Atası isə...

212896

Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərova hökm oxunub.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Onun atası isə həbsə göndərilməyib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, onun həbsi şərti hesab edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Rəmiş Cəfərovun 8 il, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2022-ci il fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.

Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.

Habelə analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO