Polisdən “Prius”la narkotik daşıyanlara qarşı əməliyyat – Bir nəfər yaralandı

Polisdən “Prius”la narkotik daşıyanlara qarşı əməliyyat – Bir nəfər yaralandı

Hazırda oxunan: Polisdən “Prius”la narkotik daşıyanlara qarşı əməliyyat – Bir nəfər yaralandı

212893

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrdində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. 

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar, 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. 

Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib. 

Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, psixotrob maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO