Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Şahdağa qar yağıb – FAKTİKİ HAVA

212886

Sentyabrın 24-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb. Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. 

Düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 

Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. 

Göygöl, Lerikdə duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 27, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO