Bakının daha bir küçəsi GENİŞLƏNDİRİLİR - FOTO

Bakının daha bir küçəsi GENİŞLƏNDİRİLİR - FOTO

Hazırda oxunan: Bakının daha bir küçəsi GENİŞLƏNDİRİLİR - FOTO

212845

Yasamal rayonunun Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra asfaltlanma işləri həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO