Bəzi dəmiryol stansiyalarında ödənişsiz “Wi-Fi” şəbəkəsi QURULUB - ADY

Bəzi dəmiryol stansiyalarında ödənişsiz “Wi-Fi” şəbəkəsi QURULUB - ADY

Hazırda oxunan: Bəzi dəmiryol stansiyalarında ödənişsiz “Wi-Fi” şəbəkəsi QURULUB - ADY

212810

23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub. Artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilirlər.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

O, qeyd edib ki, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir:

“Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq.

Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.

Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.

Yuxarıda qeyd edilən əlavə dəyər xidmətlərinin təqdim olunması, dünyada qəbul olunmuş müasir standartlara uyğun müştəri məmnuniyyətinin təmin edilməsi, eləcə də artan xərclərin qarşılanması və infrastrukturun saz vəziyyətdə saxlanması üçün ADY yeni qiymət siyasətinə keçir.

Günay Şahmar, Səid Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO