Sabahdan külək güclənəcək – XƏBƏRDARLIQ

Sabahdan külək güclənəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabahdan külək güclənəcək – XƏBƏRDARLIQ

212804

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. 

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO